PDF Oxu

İqtisadiyyat

  • 16

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda körpü təmir edilir

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda körpü təmir edilir

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 116-cı kilometrliyində yerləşən körpüdə təmir işləri həyata keçirilir."Azəryolservis" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri körpünün giriş və çıxışlarında, həmçinin qovşaqlarda aparılır. Körpüdə yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Hazırda frezlənmiş ərazilərdə asfaltlanma işləri aparılır. Ümumilikdə 10 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılıb.2002-ci ildə inşa edilən 4 aşırımlı körpünün uzunluğu 78 metr, eni isə 33,4 metrdir. Körpünün hərəkət hissəsinin eni 26,4 metr, hündürlüyü isə 6,5 metrdir.

AZƏRTAC

Digər xəbərlər