Bu ilin birinci yarısında Azərbaycanda valyuta bazarının ümumi həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. Valyuta bazarında əməliyyatların 89 faizi ABŞ dollarında, 11 faizi isə digər valyutalarda aparılıb.AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti İcmalının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunan nömrəsində məlumat verilir.Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə əməliyyatların həcmi 2 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,3 dəfə artıb. Hesabat dövründə valyuta bazarı üzrə dövriyyədəki artım, əsasən birinci rübdəki proseslərlə əlaqədardır. 2014-cü ilin eyni dövrünə nəzərən ABŞ dolları ilə aparılan valyuta əməliyyatlarının dövriyyəsinin həcmi birinci rübdə 2,4 dəfə artmışdısa, ikinci rübdə artım 1,6 dəfə olub.Banklar tərəfindən əhaliyə xalis satılan nağd xarici valyuta ABŞ dolları ilə 2 dəfə artıb. Nağd xarici valyutaya tələbin artması da əsasən birinci rübdə baş verib. Belə ki, bu müddətdə xalis satılan ABŞ dollarının 76 faizi, avronun isə 56 faizi birinci rübdə satılıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...