PDF Oxu

İqtisadiyyat

  • 5

Ucar şəhərində inşa edilən uşaq bağçası-körpələr evinin tikintisində son tamamlama işləri aparılır

Ucar şəhərində inşa edilən uşaq bağçası-körpələr evinin tikintisində son tamamlama işləri aparılır

Ucar şəhərində inşa edilən 100 yerlik uşaq bağçası-körpələr evinin tikintisində son tamamlama işləri aparılır.AZƏRTAC xəbər verir ki, Ucarın 20 Yanvar küçəsində inşa olunan uşaq bağçası-körpələr evi ikimərtəbəlidir və müasir arxitektura üslubunda tikilir. Geniş və işıqlı əyləncə-istirahət otaqları, müasir istilik sistemi və sair balacaların yüksək səviyyədə təlim-tərbiyəsinə imkan verəcək.Yerli inşaatçıların qüvvəsi ilə tikilən binada artıq son tamamlama işləri aparılır. Uşaq bağçası-körpələr evi yaxın vaxtlarda öz qapılarını balaca fidanların üzünə açacaq.

AZƏRTAC

Digər xəbərlər