PDF Oxu

İqtisadiyyat

  • 12

İqtisadçı: “Azərbaycan qeyri-neft iqtisadiyyatı ilə Cənubi Qafqazın lideridir AÇIQLAMA

İqtisadçı: “Azərbaycan qeyri-neft iqtisadiyyatı ilə Cənubi Qafqazın lideridir AÇIQLAMA

"Azərbaycanda neft pullarının istifadəsinin ölkə iqtisadiyyatına təsirlərinin az olması ilə bağlı fikirlər yanlış və qərəzlidir". Bunu SİA-ya açıqlamasında iqtisadçı alim Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, ölkə başçısının neftsiz iqtisadiyyatın qurulması ilə bağlı bəyanatı iqtisadi diversifikasiyada yeni mərhələnin əsasini qoyacaq.Vüqar Bayramov bildirib ki, neftsiz iqtisadiyyatımız kifayət qədər potensiala malik olmasını rəqəmlər də təsdiq edir: "Azərbaycanın qeyri-neft iqtisadiyyatının həcmi 51.2 milyard dollardır. Belə ki, Dünya Bankının məlumatına görə, 2014-cü ildə Ümumi Daxili Məhsul (ÜDM) Azərbaycanda 75.2, Gürcüstanda 16.5, Ermənistanda isə 10.8 milyard dollar olub. Ölkəmizdə qeyri-neft sektorunun ÜDM-də payının 68 faiz olduğunu nəzərə alsaq o zaman Azərbaycanın neftdən kənar iqtisadiyyatı Gürcüstan iqtisadiyyatından 3.1 dəfə, Ermənistan iqtisadiyyatından 5 dəfə çoxdur. Deməli, Ermənistan iqtisadiyyatından 5 dəfə çox olan neftsiz iqtisadiyyatımız eyni zamanda qonşu ölkələrdən fərqli olaraq daha çox inkişaf etmiş infrastrukturun formalaşdırılmasına şərait yaradıb. Praktik olaraq, Azərbaycan qeyri-neft iqtisadiyyatı ilə Cənubi Qafqazın şəksiz lideridir".İqtisadçı alim deyib ki, infrastrukturun inkişaf etməsi isə Davos Dünya İqtisadi Forumunun son hesabatında Azərbaycanın MDB-də ən rəqabətqabliyyətli iqtisadiyyata malik olan ölkəyə çevrilməsinə gətirib çıxarıb: "Ölkə Prezidentinin neftdən kənar iqtisadiyyatın formalaşması ilə bağlı bəyanatı isə sadəcə neftdən asıllığı aradan qaldırmayacaq, eyi zaman və həmçinin ölkəmizin rəqabətqabiliyyətini yüksəlməsinə səbəb olacaq. İqtisadiyyatın mövcud vəziyyəti strelizasiya islahataların mərhələli və səmərəli şəkildə aparılmasına imkan yaradacaq. Deməli, iqtisadi diversifikasiya ilə bağlı hədəflər artıq reallaşdırılmaqdadır".

sia.az

Digər xəbərlər