PDF Oxu

İqtisadiyyat

  • 14

Astarada çəltik biçininə başlanılıb

Astarada çəltik biçininə başlanılıb

Bir neçə gündür Astarada çəltik biçininə başlanılıb. SİA-nın Cənub bürosunun məlumatına görə, bu il havaların əlverişli keçməsi, həmçinin düzgün aqrotexniki qulluq məhsuldarlığın artmasına da səbəb olub. Havaların əlverişli keçməsi eyni zamanda fermerlərə məhsulu sahələrdən itkisiz yığmağa şərait yaradıb. Belə ki, ötən il rayonda hər hektardan 42-45 sentner məhsul götürən fermerlər bu il məhsuldarlığın 20 faiz artacağını bildirirlər.

Astarada əsasən haşımi, sədri və həsəni adlı çəltik sortları əkilir. Müştəri sarıdan korluq çəkmədiklərini deyən fermerlər bildirirlər ki, yerli düyünün hazırda bazardakı qiyməti onları qane edir.

Onu da qeyd edək ki, məhsuldarlığın çox olmasına baxmayaraq bu il əkin sahələrində azalma müşahidə olunur. Belə ki, ötən il rayonda 90 hektar sahədə çəltik əkilmişdisə, bu il cəmi 75 hektar sahədə əkin həyata keçirilib.

Fermerlər bunu əkin vaxtı hələ də əl əməyindən istifadə edilməsini göstəririlər. Onlar bu gəlirli sahənin genişləndirilməsi üçün əkin və biçin zamanı müasir texnikanın olmasını vacib hesab edirlər.

Hazırda bütün fermerlər məhsulu vaxtında yığmağa çalışırlar.

Hava şəraiti imkan verərsə ayın sonuna kimi çəltik biçini yekunlaşacaq.

sia.az

Digər xəbərlər