PDF Oxu

İqtisadiyyat

  • 12

Qaxda Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər tikilir

Qaxda Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər tikilir

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası ilə bağlı, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında həmin təbəqədən olan insanlar üçün fərdi evlər inşa edilir.AZƏRTAC xəbər verir ki, belə fərdi evlərdən ikisi də hazırda Qax rayonunda tikilir. Əmbərçay kəndində birinci qrup Qarabağ müharibəsi əlili Dəyanət Məmmədov və Qax şəhərində ikinci qrup əlil İbrahim İbrahimov üçün inşa edilən iki və üç otaqlı fərdi evlərin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda hər iki evin tikintisində daxili tamamlama və bəzək işləri görülür.Yaxın illərdə bu təbəqədən olan digər ailələr də mənzil və fərdi evlərlə təmin olunacaqlar.

AZƏRTAC

Digər xəbərlər