PDF Oxu

İqtisadiyyat

  • 8

Ekspert: "Partlayış bir məqsədə xidmət etmir" AÇIQLAMA

Ekspert: "Partlayış bir məqsədə xidmət etmir" AÇIQLAMA

"Bakı-Tbilisi-Ərzurum neft kəmərində baş vermiş partlayış bölgədə təhlükəsizliklə bağlı sualların olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.O, hadisənin Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb: "Təbii ki, baş verən hadisə müəyyən mənada narahatlıq yaradır. Bu, gələcəkdə həmin qaz xətti ilə enerji daşınmasında problemlər yaşana biləcəyindən xəbər verir. Belə halların baş verməsi bölgədə təhlükəsizliklə bağlı sualların olduğunu göstərir. Həmçinin Azərbaycanla bu sahədə müqavilə bağlamış istehlakçı ölkələr üçün də çox neqativ bir mesajdır. Hadisənin iqtisadiyyatımıza böyük ziyanı olmasa da, potensial ziyanı həddindən artıq böyükdür. Bu hadisə gələcəkdə iqtisadi tərəfdaşlarla Azərbaycan arasında bağlanacaq müqavilələrin dayanıqlılığına və davamlılığına xələl yetirə biləcək bir terror hadisəsidir".N. Cəfərli vurğulayıb ki, terror aktının arxasında sadəcə bir məqsəd dayanmır: "Bu hadisə həm Türkiyə daxilində baş verən siyasi situasiya ilə bağlıdır, həm də bəzi qaz daşınması ilə bağlı Azərbaycana rəqib ola biləcək qonşu ölkələrin marağına xidmət etmiş bir aksiyalardır. Bu aksiyaların arxasında hansı ölkələrin dayanması məsələsi çox önəmlidir. Azərbaycan qaz dəhlizi layihəsində çox önəmli bir ölkədir. Cənub qaz layihəsi Rusiyaya Avropa ilə qaz əlaqələrində əsas rəqib ola biləcək layihələrdəndir. Yəni bu tip terror aktları yalnız bir məsələyə deyil, bir-neçə məsələyə xidmət edir. Ona görə də bölgədəki təhlükəsizlik məsələləri tezliklə həll olunmalıdır".

sia.az

Digər xəbərlər