PDF Oxu

İqtisadiyyat

  • 12

Astarada ucqar dağ kəndlərinin yol problemi həll edilir

Astarada ucqar dağ kəndlərinin yol problemi həll edilir

12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yolun yenidən qurulmasınının birinci mərhələsi sona çatmaq üzrədir. SİA-nın Cənub bürosunun məlumatına görə, son illərdə Astara rayonunun sosial-iqtisadi həyatında görülən işlər rayon sakinləri tərəfindən də müsbət qiymətləndirilir. Rayonda ucqar kəndlərarası yolların bərpası,məktəblərİn, tibb məntəqələrinin tikilməsi, kəndlərə təbii qazın verilməsi, dənizkənarı park-bulvar kompleksinin inşası rayonun simasını başdan başa dəyişib. Prezident İlham Əliyevin sonuncu sərəncamı isə rayonun ucqar dağ kədlərinin sakinləri üçün gözlənilməz olub. Belə ki, rayon mərkəzindən 45 km aralıda yerləşən on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yolunun yenidən qurulması haqqında verdiyi sərəncam bu yoldan istifadə edən sakinlərin hədsiz sevincinə səbbə olub. Osman Dədəyev, kənd sakini: Uzun illər yolun bərbad olması, payız və qış aylarında yolun keçilməz olması səbəbindən sakinlər ağır yük maşınlarının köməyi ilə 4 saata rayon mərkəzinə çatmalı olurdular. Həmçinin yolun bərpad və keçilməz olması burada yaşayan sakinlərin digər ərazilərə köçməsinə səbəb olurdu. Yolun bərpası isə köçün qarşısını almaqla yanaşı kənd sakinlərinin geri dönüşünə gətirib çıxarıb.

Hazırda yolun genişləndirilməsinə və bərkidilməsinə sürətlə davam etidrilir. Ağır texnikanın və canlı qüvvənin köməkliyi ilə sıldırım qayalar, dağların yarılması və yolun bərikidilməsi demək olar ki, sona çatmaq üzrədir. Həmçinin ərazidən keçən çayların üzərində olan körpülər də ən müasir səviyyədə qurularaq sakinlərin istifadəsinə veriləcək.

Yolda genişləndirmə və bərkidilmə işləri tam yekunlaşandan sonra işlərin birinci mərhələsi sona çatmış olacaq. Gələn il isə yolun yüksək səviyyədə asvaltlanmasına start veriləcək. Bununla da sovet dövründə belə öz həllini tapmayan və yolun bərbad olması səbəbindən sakinlərin buradan göçməsinə səbəb olan dağlıq kəndlərarası yol yüksək səviyyədə bərpa olunaraq istifadəyə veriləcək.

sia.az

Digər xəbərlər