"Əli Kərimlinin cangüdəni tərəfindən təhdid olunurdum"
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon təşkilatından daha bir gənc üzv istefa verib. Bununla bağlı SİA-ya açıqlama verən Rahib Hacıyev istefa vermə səbəbini məhz Əli Kərimlinin təhdidləri ilə əlaqələndirdi.Rahib Hacıyev qeyd edib ki, artıq neçə aydır Əli Kərimlinin cangüdəni Bəhruz Həsənli tərəfindən təqib olunuram: "Bu adamların əlindən evimdə belə özümü rahat hiss etmirəm. Hər gün zəng, hər gün təhdid. Ona görə də qərar verdim ki, başıma bir iş gəlməmiş partiyadan istefa verim".Rahib Hacıyev son olaraq onu da qeyd edib ki, hazırda Razi Nurullayevin rəhbərlik etdiyi AXCP sıralarında fəaliyyətimizi davam etdirməyi düşünürüəm.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...