Neft qiymətlərinin aşağı düşməsi neft istehsal edən ölkələrin iqtisadiyyatına kəskin şəkildə təsir edib. Bu səbəbdən enerji sahəsinə edilən investisiyalar da azalıb. SİA-nın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, OPEC (Neft İstehsal Edən Ölkələr Təşkilatı) neft qiymətlərindəki kəskin azalma səbəbi ilə bazarın stabil vəziyyətə gətirilməsi üçün dövlətlərarası dialoq qurmaq üçün çağırış edib.OPEC-dən edilən açıqlamada deyilir: "Digər neft istehsal edən ölkələrlə bərabər şərtli danışıqlar qurmağa hazırıq. Bununla belə OPEC öz maraqlarına uyğun qərar çıxaracaq".Verilən açıqlamada bu tərəfdaşlığın neft bazarının gələcəyində vacib struktur olacağı, buna görə də enerji ölkələri arasında əlaqənin davam etdirilməsinin vacib olduğu vurğulanıb.OPEC-in nə vaxt belə bir yığıncaq keçirəcəyi hələ ki, məlum deyil.Qeyd edək ki, şirkətdən verilən məlumatına görə neft qiymətləri 2016-cı ildə bahalaşacaq.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...