Hacıqabulda 450 yerlik təbii ot örtüklü yeni stadion istifadəyə verilib.AZƏRTAC xəbər verir ki, ikimərtəbəli tribunası olan stadionun soyunma-geyinmə otaqları, duş kabinəsi, kondisionerlə təchiz olunmuş güləş zalı var. Bir hektar ərazini əhatə edən stadionda, həmçinin idmanın futbol, voleybol, basketbol, həndbol növləri üzrə məşqlər və yarışlar keçirilməsi üçün süni ot örtüklü meydança və yardımçı binalar tikilib.Yeni stadionun açılış mərasimdə çıxış edənlər ölkəmizdə idman siyasəti və bu istiqamətdə həyata keçirilən davamlı tədbirlər haqqında danışıblar. Bildirilib ki, indi Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir.Məlumat verilib ki, hazırda rayonda 14-19 yaş arasında olan 1452 yeniyetmə və gənc idmanın müxtəlif növləri ilə məşğul olur. Bu gün açılan stadion rayon əhalisinin sağlamlığının qorunması, asudə vaxtın səmərəli təşkili, yeniyetmə və gənclərin kütləvi şəkildə idman və bədən tərbiyəsinə cəlb olunmasına öz töhfəsini verəcək.Açılış mərasimində bir qrup idmançıya kubok və qiymətli hədiyyələr verilib.Mərasim incəsənət ustalarının maraqlı çıxışları ilə başa çatıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...