"Standard and Poor's" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın aparıcı banklarından biri olan "Kapital Bank"ın uzunmüddətli və qısamüddətli kredit reytinqini "BB-/B" səviyyəsində müəyyən edib.Bankdan AZƏRTAC-a bildiriblər ki, agentlik reytinqin dəyişməsi proqnozunu isə "sabit" kimi qiymətləndirib. "Kapital Bank"ın reytinqləri Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının "bb-" reytinqinin baza səviyyəsi ilə müəyyən olunur və bunun əsasında emitentə kredit reytinqi verilir. İyunun 30-u tarixinə 1,7 milyard manat aktivlə "Kapital Bank" korporativ və pərakəndə seqmentdə güclü mövqe tutur. Bank çoxşaxəli xidmətlər göstərməklə öz biznesini diversifikasiya edib və bazar mövqeyini möhkəmləndirib", - deyə agentliyin hesabatında bildirilir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...