Zərdab rayonunun Məmmədqasımlı kəndinə gedən yolun təmiri başa çatdırılıb.AZƏRTAC xəbər verir ki, 32 saylı Zərdab Yol İstismar İdarəsi tərəfindən iki kilometr uzunluğu olan yol nəqliyyatının hərəkəti üçün rahat vəziyyətə gətirilib.Son vaxtlar Zərdabda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu sahədə kənd yollarının yenidən qurulması, cari və əsaslı təmiri də mühüm yer tutur. Təkcə son illərdə Körpükənd, Məlikli, Burunlu, Yarməmmədbağı, Əlibəyli, Allahqulubağı, Gəlmə, Hüseynxanlı, Xanməmmədli, Pərvanlı, Alıcanlı, Məlikumudlu, Dəli Quşçu, Kəndəbil kənd və Bəyimli qəsəbə yollarında əsaslı və cari təmir, habelə abadlıq işləri aparılıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...