PDF Oxu

İqtisadiyyat

  • 44

Bakıda PİCARD konfransı öz işinə başlayıb

Bakıda PİCARD konfransı öz işinə başlayıb

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") konfransı keçirilir. SİA-nın məlumatına görə, konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edir.Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") konfransının açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Don-Hyunq Lin iştirak edir.Tədbirdə Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru (ABŞ) Erik Maskin "Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?" və Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin Baş direktoru (Birləşmiş Krallıq) Mik Mur isə "Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi" adlı əsas məruzə ilə çıxış ediblər.Sonra konfrans "Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri" və "Qlobal Dəyər Zəncirləri" adlı sessiyalarla işini davam etdirəcək, bu bölmələr üzrə məruzələr dinləniləcək.Sentyabrın 9-da isə konfransın sessiyaları "Gömrük sahəsində yeniliklər", "Qlobal Dəyər Zəncirləri", "Gəlir və tarif məsələləri", "Saxtakarlıq və faktlar" məsələlərinə həsr olunacaq. Həmin gün əsas məruzə ilə Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin professoru (ABŞ) Edvard K.Preskott çıxış edəcək.Sentyabrın 10-da konfrans öz işini "Saxtakarlıq və faktlar", "Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması", "Gömrük risklərinin idarə edilməsi", "Qeyri-formal ticarət" adlı sessiyalarla yekunlaşdıracaq. Həmin gün isə "Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri" adlı əsas məruzə ilə Nobel mükafatı laureatı, Santa Barbarada yerləşən Kaliforniya Universitetinin professoru (ABŞ) Finn Kidland çıxış edəcək.Sentyabrın 11-də isə Bakı şəhərində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin rəsmi açılış mərasimi gerçəkləşəcək.

sia.az

Digər xəbərlər