PDF Oxu

İqtisadiyyat

  • 48

Binəqədi rayonu ərazisində bir neçə küçədə əsaslı təmir işlərinə başlanılıb

Binəqədi rayonu ərazisində bir neçə küçədə əsaslı təmir işlərinə başlanılıb

Nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində Bakının Binəqədi rayonunda bir neçə küçənin kəsişmələrinin təmirinə başlanılıb.Bu barədə AZƏRTAC-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən bildirilib.Məlumata əsasən, Atatürk prospektinin hər iki istiqamət üzrə - Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələri, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissələri sıradan çıxmış, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsində hazırda təmir işləri aparılır.Təmir-tikinti işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı ərazidən daşınıb. Zəruri yerlərdə yol yatağı bərkidiləndən sonra bu əraziyə yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə burada 12 min 500 kvadratmetr ərazidə asfaltlanma işləri aparılacaq və 1500 paqonmetr köhnə səki daşı yenisi ilə əvəzlənəcək. Artıq bu istiqamətdə də işlərə başlanılıb.Bütün işlər tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

AZƏRTAC

Digər xəbərlər