PDF Oxu

İqtisadiyyat

  • 57

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı

Sentyabrın 10-da Xaçmaz Gömrük İdarəsinin Rusiya Federasiyası və Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən "Samur" gömrük-keçid məntəqəsinin inzibati binasında Azərbaycan-Rusiya gömrük xidmətləri nümayəndələrinin işçi qrupunun görüşü keçirilib.

Görüşdə Rusiya Federasiyasını Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin, Azərbaycan Respublikasını isə Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Səmimilik şəraitində keçən görüşdə gömrük-keçid məntəqələrindən malların, nəqliyyat vasitələrinin keçidi zamanı yaranacaq problemlərin birlikdə aradan qaldırılması, qarşılıqlı məlumat mübadiləsinin davam etdirilməsi və daha da gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının daşınması zamanı vaxta qənaət etmək məqsədilə bütün zəruri tədbirlərin görülməsi, eləcə də birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmuş, tərəfləri maraqlandıran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər xəbərlər