Zaqatala rayonunun təsərrüfatlarında payızlıq bitkilərin səpini üçün hazırlıq görülür.Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək təsərrüfatlarda 3800 hektara yaxın sahədə şum aparılıb. Eyni zamanda, payızlıqların səpini üçün fermerlər tərəfindən bugünədək 2760 ton keyfiyyətli toxum fondu yaradılıb.Təsərrüfatlarda kartof, tərəvəz və bostan məhsullarının yığımı artıq yekunlaşıb. Fermerlər cari mövsümdə 1540 hektar kartof sahəsindən 18 min 481 ton məhsul götürüblər. Kartof istehsalı əvvəlki illə müqayisədə 3 min 400 tona yaxın artıb. Hər hektardan məhsuldarlıq ötən ilə nisbətən 21,7 sentner artaraq 120 sentner təşkil edib. Mövsüm ərzində fermerlər 13 min 390 ton tərəvəz, 6 min 894 ton bostan məhsulları istehsal ediblər. Məhsul istehsalı əvvəlki illərlə müqayisədə xeyli artıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...