PDF Oxu

İqtisadiyyat

  • 38

Tərtərdə 220 hektar sahədə təkrar əkin aparılıb

Tərtərdə 220 hektar sahədə təkrar əkin aparılıb

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda məhsul yığımı ilə yanaşı, təkrar əkin də aparılır.Fermerlər kartof, lobya və günəbaxan yığımını başa çatdırıblar. Sahələrdən 1029 ton lobya, 2162 ton günəbaxan, 6229,7 ton kartof əldə edilib. Habelə 692,4 ton qarğıdalı, 12063,8 ton tərəvəz, 5298,5 ton meyvə, 311,8 ton üzüm yığılıb.Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-a bildirib ki, rayonda taxılın biçini də müvəffəqiyyətlə başa çatdırılıb, 20 min 837,4 ton buğda, 18 min 030,3 ton arpa tədarük edilib. Hər hektardan məhsuldarlıq orta hesabla 35,8 sentner olub ki, bu da ötən illə müqayisədə 1,8 sentner çoxdur.Taxıl biçini başa çatdıqdan sonra 220 hektar sahədə təkrar əkin aparılıb, payızlıq bitkilərin əkiməsi üçün 1398 hektar sahə şumlanıb.

AZƏRTAC

Digər xəbərlər