Azərbaycanda yeganə kolxoz təsərrüfatı olan İsmayıllı rayonunun İvanovka kəndində üzüm yığımı kampaniyası başa çatdırılır.Ərazi icra nümayəndəsi Olqa Jabina AZƏRTAC-a bildirib ki, üzümçülük burada iqtisadiyyatın əsas sahələrindəndir. Cari mövsümdə kolxoza məxsus 296 hektarda bol məhsul yetişdirilib. Artıq 240 hektarın məhsulu yığılıb və plantasiyalardan hələlik 1507 ton üzüm götürülüb. İndiyədək yığılan məhsul ötənilki göstəricidən 436 ton çoxdur. Hər hektardan da məhsuldarlıq 67,8 sentnerdir.Plantasiyalarda texniki sortlar üstünlük təşkil edir və yığılan məhsul Gəncə şərab emalı zavoduna satılır.Hazırda yığım kampaniyasını tez və itkisiz başa çatdırmaq üçün bütün qüvvələr səfərbərliyə alınıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...