Neftçalada şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün fərdi evlərin tikintisi davam edir.AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə tikilən mənzillərin 8-i Neftçala şəhərində, 2-si isə Xıllı qəsəbəsində inşa olunur. Altı sot torpaq sahəsində inşa edilən mənzillər 2, 3 və 4 otaqlıdır. Artıq tikintidə hörgü işləri başa çatmaq üzrədir. Bütün kommunikasiya xətləri ilə təmin ediləcək mənzillərdə rahat yaşamaq üçün hər cür şərait yaradılacaq. Mənzillərin ilin sonuna kimi tikilib istifadəyə verilməsi nəzərdə tutulub.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...