PDF Oxu

İqtisadiyyat

  • 21

İmişlinin pambıq sahələrinin hər hektarında məhsuldarlıq 25-30 sentner təşkil edir

İmişlinin pambıq sahələrinin hər hektarında məhsuldarlıq 25-30 sentner təşkil edir

Ölkədə aqrar sahənin dinamik inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr İmişlidə uğurla icra edilir. Ötən il 3 min 11 ton pambıq istehsal edən imişlili əkinçilər bu mövsümdə pambıq sahələrindən 3 min 500 ton "ağ qızıl" toplamağı qarşılarına məqsəd qoyublar.AZƏRTAC xəbər verir ki, bu il İmişlidə 2 min 555 hektar sahədə pambıq əkilib. Yığıma mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə tarlalardan 2 min 211 ton pambıq yığıblar. Yığılmış sahələrin hər hektarında məhsuldarlıq orta hesabla 25-30 sentner təşkil edir. Fermerlər pambığı əsasən texniki vasitələrlə yığmağa üstünlük verirlər. Məhsulun yalnız 10 faizinin əllə toplanması nəzərdə tutulub. Torpaq sahibkarları deyirlər ki, pambığın maşınla yığılması məhsulu daha ucuz və itkisiz əldə etməyə imkan yaradır.

AZƏRTAC

Digər xəbərlər