Payız-qış mövsümündə rayon əhalisinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün Zaqatala Elektrik Şəbəkəsi tərəfindən zəruri tədbirlər görülür, yeni transformatorlar quraşdırılır, yararsız vəziyyətə düşən elektrik dayaqları və naqillər yenilənir.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin 9 ayında şəbəkə tərəfindən rayon ərazisində 1 ədəd 400, 5 ədəd 250, 10 ədəd 160 və 1 ədəd 100 kilovatlıq olmaqla, 17 yeni transformator məntəqəsi quraşdırılıb. Bundan əlavə, 5,7 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq hava xətləri, həmçinin 10 ədəd köhnə transformator məntəqəsi əsaslı təmir olunub.Şəbəkə tərəfindən 12,3 kilometr uzunluğunda SİP kabel xətti çəkilib, mənzillərə 1584 ədəd elektron tipli müasir sayğac quraşdırılıb, 10 və 0,4 kilovoltluq hava xətlərində 420 dayaq yenisi ilə əvəz olunub.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...