Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı daha bir elektron xidmətindən istifadədə aktivlik müşahidə olunub.Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, "Elektron hökumət" portalı istifadəçiləri sentyabrda "Mobil cihazların IMEI kodunun yoxlanılması" e-xidmətindən 47 min 991 dəfə faydalanıb.Bu xidmət vasitəsilə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə edilir. Bunun üçün portalda həmin e-xidməti seçib, telefonun IMEI kodunu müvafiq xanaya daxil edərək "yoxla" düyməsini seçmək kifayətdir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...