"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Balakən" bərəsinin cari təmiri sona çatıb."Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən AZƏRTAC-a bildirilib ki, 2012-ci il istehsalı olan "Balakən" gəmisinin təmiri təxminən 2 həftə davam edib. Bu müddət ərzində gəminin baş və köməkçi mühərriklərinə illik texniki baxış keçirilib, sualtı və suüstü hissələri, o cümlədən vaqon göyərtəsi təmizlənərək yenidən rənglənib, sükan və avar valı qurğuları tənzimlənib. Bundan başqa, müxtəlif təyinatlı nasoslar, yaşayış sahələrinin isti su sistemi və gəminin yanğınsöndürmə sistemi təmir olunub.Qeyd edək ki, "Balakən"lə yanaşı, Ro-Ro tipli "Bəstəkar Fikrət Əmirov" gəmisi də bu yaxınlarda istismara verilib. Bu gəmilər TRASEKA nəqliyyat dəhlizində vaqonların və təkərli texnikanın daşınması ilə məşğuldur. Həmin dəhlizlə yük dövriyyəsi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ümumi yükdaşıma həcminin əsas hissəsini təşkil edir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...