Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) oktyabrın 21-də keçiriləcək iclasına dəvət edilib.AZƏRTAC "reuters"ə istinadla xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Euloqio del Pino məlumat verib. O bildirib ki, təşkilatın növbəti iclasına OPEC üzvü olmayan səkkiz - Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya kimi ölkələr dəvət olunublar.Təşkilatın və qeyri-OPEC ölkələrindən olan neft ekspertlərinin texniki konfransı Vyanada keçiriləcək.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...