Nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2015-ci ilin yanvar-sentyabr aylarında 166,1 milyon ton yük və 1380 milyon sərnişin daşınıb.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınması 0,6 faiz, sərnişin daşınması isə 3,6 faiz artıb. Yüklərin 3,1 faizi dəniz, 7,8 faizi dəmir yolu, 61,4 faizi avtomobil, 27,7 faizi isə boru kəməri nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88 faizi avtomobil, 11,8 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb. Hesabat dövründə nəqliyyat sektorunda 119,6 milyon ton qeyri-neft yükləri daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz çoxdur.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...