Vyana İqtisadiyyat Palatasının rəhbəri Valter Rukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Avstriya Ticarət Palatasının birgə təşkilatçılığı ilə oktyabrın 19-da Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçiriləcək.Fonddan AZƏRTAC-a bildirilib ki, görüşə tikinti, əczaçılıq, turizm, logistika, tibbi avadanlığın istehsalı, kənd təsərrüfatı, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 16 Avstriya şirkətinin qatılacağı gözlənilir. Tədbir çərçivəsində şirkətlər arasında ikitərəfli görüşlər təşkil olunacaq.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...