PDF Oxu

İqtisadiyyat

  • 32

Əsas kapitala 12 milyard manata yaxın vəsait yönəldilib

Əsas kapitala 12 milyard manata yaxın vəsait yönəldilib

2015-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 11milyard 831,2 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çox vəsait yönəldilib.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istifadə olunmuş vəsaitin 7 milyard 206,4 milyon manatı və ya 60,9 faizi məhsul istehsalı obyektlərinin, 3 milyard 822,9 milyon manatı (32,3 faizi) xidmət sahələri üzrə obyektlərin, 801,9 milyon manatı (6,8 faizi) isə ümumi sahəsi 1 milyon 327,4 min kvadratmetr olan yaşayış sahəsinin tikintisinə sərf olunub.Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 milyard 862,9 milyon manatı və ya 58,0 faizi daxili vəsaitlərdir. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 2014-cü ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artaraq, 8 milyard 760,2 milyon manat təşkil edib.

AZƏRTAC

Digər xəbərlər