PDF Oxu

İqtisadiyyat

  • 24

Qeyri-neft sektorunda əlavə dəyər 6,4 faiz artıb

Qeyri-neft sektorunda əlavə dəyər 6,4 faiz artıb

2015-ci ilin yanvar-sentyabr aylarında ölkədə 40,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, ÜDM-in 34,2 faizi sənayedə, 13,5 faizi tikintidə, 6,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində istehsal olunmuş, 38,3 faizi isə xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,4 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi son bir il ərzində 58,5 faizdən 68,8 faizədək yüksəlib. Ümumi daxili məhsulun 31,2 faizi isə neft sektorunun payına düşmüş, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1 faiz azalıb.

sia.az

Digər xəbərlər