PDF Oxu

İqtisadiyyat

  • 33

“Ermənistanın torpaqlarımızı qaytarmaqdan başqa çıxış yolu yoxdur” AÇIQLAMA

“Ermənistanın torpaqlarımızı qaytarmaqdan başqa çıxış yolu yoxdur” AÇIQLAMA

"Azərbaycan tərəfi mütəmadi olaraq Müstəqil Dövlətlər Birliyinin (MDB) tədbirlərində iştirak edir və ölkəmizin milli maraqlarının qorunması istiqamətində ciddi addımlar atır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışlarına münasibət bildirərkən deyib.Şöbə müdirinin sözlərinə görə, MDB Dövlət Başçıları Şurasının iclasında ölkə Prezidenti cənab İlham Əliyev vaxtaşırı Azərbaycanla bağlı ciddi məsələləri qaldırır və dünyada gedən proseslərə Azərbaycanın mövqeyini bildirir: "Dövlət başçısının daima diqqət yetirdiyi məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməkdən imtina etməsi, beynəlxalq təhlükəsizlik, terrorizm və bir dövlətin digər bir dövlətin torpaqlarına iddia məsələsi olub. Cənab Prezident dünənki çıxışında da terrorizmlə mübarizəni əsas məsələ kimi qabartdı. Beləcə Azərbaycanın ərazi bütövlüyü məsələsi daima diqqətdə saxlanıldığı və Ermənistana heç bir güzəşt edilməyəcəyi önə çəkildi. Ermənistanın qısa bir zamanda mövqeyində dəyişiklik edəcəyi və beynəlxalq hüquq normalarına riayət edəcəyini gözləmək düzgün olmazdı. Ancaq bununla belə, Azərbaycanın qəti mövqeyi, beynəlxalq aləmdə nüfuzunun qalxması, iqtisadi və hərbi gücünün yüksəlməsi Ermənistanı çox çətin bir duruma salır".A.Mirzəzadə əlavə edib ki, ümumiyyətlə, Azərbaycan tərəfi ədalətli ittihamlarla qarşı tərəfə cavab verir: "Bu gün MDB məkanında belə işğalçı ölkənin hüquqazidd , ədalətsiz siyasəti barədə yaxşı məlumatlıdırlar. Onların artıq Azərbaycan torpaqlarını qaytarmaqdan başqa çıxış yolları yoxdur. Bunu etmədiyi halda rəsmi İrəvanın problemləri daha da çoxalır. Beləcə Ermənistan özünün dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşir".

sia.az

Digər xəbərlər