PDF Oxu

İqtisadiyyat

  • 28

“Günəşli”də daha bir quyu istismara verilib

“Günəşli”də daha bir quyu istismara verilib

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 10 nömrəli dərin dəniz özülündən 195 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən bildiriblər ki, quyu məhsuldar qatın IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2897-2857 metr intervaldan gündəlik 30 ton neft və 8 min 500 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

sia.az

Digər xəbərlər