Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə tikinti işləri fasiləsiz şəkildə davam etdirilir. Martdan başlayan inşaat işləri ilə əlaqədar qaz kəmərinin 1350 kilometr hissəsində borular tikinti yerinə çatdırılıb və qaynaq işlərinə başlanıb. Layihə üzrə işlər hətta qrafiki qabaqlayır və bu da Azərbaycanın daha bir iqtisadi–siyasi zəfəri kimi qiymətləndirilir. Bu barədə energetika naziri Natiq Əliyevin məqaləsində məlumat verilib.
Nazir qeyd edib ki, "Trans-Adriatik" (TAP) boru kəməri layihəsinin reallaşdırılması istiqamətində Yunanıstan, Albaniya və İtaliyada hazırlıq işləri görülür və kəmərin inşasına başlanması 2016-cı ilin əvvəlinə proqnozlaşdırılır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...