Qazax Sement Zavodu qərb bölgəsinin ən böyük istehsal müəssisələrindən biridir. Rayon məktəbliləri mütəmadi olaraq bu zavodda olur, istehsal prosesi barədə ətraflı məlumat alırlar.AZƏRTAC xəbər verir ki, rayonun Daş Salahlı kənd tam orta məktəbinin şagirdləri zavodda olublar. Şagirdlərə zavod haqqında ətraflı məlumat verilib.Məktəblilər müasir tipli laboratoriya, cildləmə və istehsal xətti ilə tanış olduqdan sonra zavodun yeməkxanasında fəhlələrlə birlikdə yemək süfrəsinə əyləşiblər.Zavodun işlər idarəsinin rəisi Əlif Məmmədov bildirib ki, artıq ənənə halını almış bu cür ekskursiyaların keçirilməsində əsas məqsəd şagirdləri zavodun istehsal prosesi ilə yaxından tanış etməklə yanaşı, gələcəkdə onların zavodda işlə təmin olunmasından ibarətdir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...