"Kənd təsərrüfatı ili"ndə Balakən rayonunda əkin sahələri ötən illə müqayisədə 2,2 faiz artıb.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari ildə torpaq mülkiyyətçiləri tərəfindən 12 min 333 hektar sahədə əkin aparılıb. Torpaqlardan təyinatı üzrə istifadə olunmasına diqqət daha da artırılıb. Əkin sahələrinin genişləndirilməsi məhsul istehsalının da artmasına gətirib çıxarıb. Nəticədə cari ilin doqquz ayında rayonda kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...