"Artıq "Azerspace 2" telekommunikasiya peyki ilə bağlı tender proseduru başa çatıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov söyləyib.Nazir müavini bildirib ki, artıq peykin istehsalı ilə bağlı keçirilən tenderin qalibi elan olunub: "Tender müqaviləsinin yaxın günlərdə imzalanması prosesi başa çatacaq. Həqiqətən də "Airanepace" çox etibarlı tərəfdaş oldu. Birinci peyki uğurla orbitə qaldırdı. Hətta yanacağa qənaət etdik və məmnunuq. Bununla yanaşı raketdaşıyıcının seçimində digər şirkətlərin təkliflərinə baxılacaq və yekun qərar veriləcək".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...