Son illər Cəlilabad rayonunda lobya əkininə maraq artıb.AZƏRTAC xəbər verir ki, il ərzində 3 dəfə məhsul verən bu kənd təsərrüfatı bitkisi kifayət qədər gəlirli olmaqla yanaşı, həm də az xərc tələb edir.Məhsul istehsalçılarından bir qismi lobya bitkisinin toxumunu hazır şəkildə bazarlardan alsalar da, əksəriyyəti elə əkdikləri lobya kollarından növbəti əkin üçün toxum əldə edir.Təsərrüfat sahibi Etibar Əliyev bildirir ki, ilkin olaraq fevral ayında əkilən lobya bitkisinin məhsulu istixana şəraitində yetişdirilir. Ardınca mart ayında sayca ikinci əkin həyata keçirilir. Bu kənd təsərrüfatı bitkisinin son əkini isə yay aylarına təsadüf etdiyi üçün suya tələbatı da çox olur.Relyef baxımından lobya bitkisi düzən ərazilərdə becərilərsə daha məhsuldar ola bilər. Çünki belə yerlərdə su bitkinin kolları arasında paralel paylanır.Mövsümündən asilı olaraq yerli bazarlarda lobyanın bir kiloqramının qiyməti 3 manatla 1 manat arasında dəyişir.Becərilməsi zamanı çəkilən xərclərin az olması lobya əkininin gəlirliliyin daha da artırır. Orta hesabla hər bir torpaq sahibi bir hektar lobya sahəsindən 2-3 min manata yaxın gəlir götürür.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...