Londonda yerləşən İmperial Kollecinin Biznes Məktəbi kiçik və orta müəssisələrin təşviqi məqsədilə şirkətlərin fəaliyyəti ilə bağlı məlumatların ödənişsiz yerləşdirilməsi üçün internet səhifə yaradıb.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, portalda hər bir şirkət www.theblueregister.com-da asanlıqla qeydiyyatdan keçə bilər. Biznes Məktəbi Azərbaycan şirkətlərini həmin saytda qeydiyyatdan keçməyə dəvət edir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...