Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Artıq Biləcəri stansiyasında 1,5 km uzunluğunda baş yol əsaslı təmir olunub.10 noyabr 2015-ci ildə Ələt-Qobustan mənzilində 12 km yolun əsaslı təmirinə başlanılıb.Əsaslı təmir işlərini yeni yaradılmış 5 saylı "İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi" MMC-nin kollektivi həyata keçirir. Müəssisənin rəisi Rizvan Rzayev bildirib ki, səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.Qeyd edək ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...