PDF Oxu

İqtisadiyyat

  • 39

bp bu gündən “Çıraq” platformasından hasilatı dayandırıb

bp bu gündən “Çıraq” platformasından hasilatı dayandırıb

Azəri-Çıraq-dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı bp şirkəti AÇG-nin illik iş proqramının bir hissəsi olaraq noyabrda "Çıraq" platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirəcək. Plana əsasən "Çıraq" platformasından hasilat noyabrın 10-dan başlayaraq təxminən 25 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin."bp-Azerbaijan" şirkətindən AZƏRTAC-a verilən məlumata görə, bu işlər platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan istismar qabiliyyətini davam etdirməsi üçündür.Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazırlığına 2014-cü ilin əvvəllərindən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil olunub."Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və "Şahdəniz" paltformalarından hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz qaz Boru Kəməri və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalı da normal işləyəcək, həmçinin Ceyhan terminalında tankerlərin yüklənməsi və yola salınması cədvələ əsasən həyata keçiriləcək.Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının bir hissədir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

AZƏRTAC

Digər xəbərlər