PDF Oxu

İqtisadiyyat

  • 31

Zaqatalada qarğıdalı istehsalı artıb

Zaqatalada qarğıdalı istehsalı artıb

Zaqatala rayonunun qarğıdalı istehsalçıları üçün builki mövsüm uğurlu olub. Belə ki, fermerlər cari ildə 5 min 910 hektar qarğıdalı sahəsindən 32 min 623 ton məhsul götürüblər. Qarğıdalı istehsalı ötən illə müqayisədə 136 ton artıb. Hər hektardan orta hesabla 55,2 sentner dən qarğıdalı əldə olunub.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, təsərrüfatlarda meyvə və tütün istisna olmaqla, kartof, tərəvəz, günəbaxan və digər növ bitkiçilik məhsullarının yığımı da artıq başa çatıb. Bütün növ bitkiçilik məhsulları istehsalında əvvəlki illə müqayisədə xeyli artım qeydə alınıb.

AZƏRTAC

Digər xəbərlər