Dövlət Statistika Komitəsinin Yasamal rayon statistika şöbəsinin məlumatına görə, sənaye, nəqliyyat, rabitə, tikinti, ticarət dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlər, əmək haqqı, yeni iş yerləri və demoqrafik vəziyyət üzrə rayonun inkişaf tendensiyası kifayət qədər yüksələn xətlə davam edib.
2015-ci ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən bütün sənaye müəssisələri tərəfindən 74994,4 min manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə fiziki həcm indeksinə əsasən 58 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 75,3 faiz təşkil etmişdir.
Bu müddət ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 1380219,3 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünün səviyyəsinin 123,4 faizini təşkil edib.
Həmçinin hesabat dövründə fəaliyyət göstərən rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə 474693,9 manat dəyərində xidmət göstərilmişdir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 114,6 faiz təşkil etmişdir.
2015-ci ilin yanvar-sentyabr aylarında rayonun tikinti kompleksində sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 625980,8 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,3 faiz çox olmuşdur. İstifadə olunmuş vəsaitin 501126 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilimişdir və 2014-cü ilin müvafiq dövrünə nisbətən 27,7 faiz çox olmuşdur.
Cari ilin ilk doqquz ayı ərzində Yasamal rayonunun ticarət şəbəkəsindən əhaliyə 1556828,6 min manatlıq istehlak məhsulları, 52730 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsinin həcmi 25,1 faiz, iaşə xidmətlərinin həcmi isə 22,4 faiz artmışdır. 2015-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlər 488852,4 min manata bərabər olmuşdur. Ümumi həcmin 80 faizi hüquqi şəxslərin müəssisələrində formalaşmışdır. Bu müəssisələr tərəfindən əhaliyə 391538,9 min manatlıq müxtəlif pullu xidmətlər göstərilmişdir. İstehlak məhsullarının 6,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,5 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 52,4 faizi isə əmtəə bazarlarında satılmışdır.
2015-ci ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 593,1 manata çatmışdır.
2015-ci ilin oktyabrın 1-nə olan statistik göstəricilərə əsasən, Yasamal rayonunda 4065 yeni iş yerləri açılmışdır ki, ondan 1506-sı yeni açılmış, 166-sı mövcud müəssisə və təşkilatlara, 49-u fəaliyyəti bərpa olunmuş müəssisə və təşkilatlara, 2344 -ü isə fiziki şəxslərə aiddir.
2012-ci ildən 2015-ci ilin oktyabr ayının 1-i vəziyyətinə qədər olan dövr ərzində rayonda 17133 yeni iş yerləri açılmışdır ki, onların da hamısı daimi iş yerləridir.
İlkin məlumata əsasən 2015-ci il oktyabr 1-i vəziyyətinə görə rayonun əhalisi 244,6 min nəfər olmuşdur.
Tofiq Rəfailoğlu
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...