Oktyabrda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 7 min 778 yeni abonent qeydiyyata alınıb. Bunların 3001-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 4 min 777-si isə regionların payına düşüb.SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında İB-də qeydiyyata alınmış yeni abonentlərin sayı 68 min 111 təşkil edib. Bu göstəricinin də 24 min 904-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 43 min 207-si isə regionlar üzrə olub.Oktyabrda əhali sektoru üzrə 142 milyon 862 min 309 kubmetr həcmində təbii qaz satılıb, ödəniş 113,2 faiz təşkil edib. Noyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 125 min 590 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 331 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...