PDF Oxu

İqtisadiyyat

  • 47

Dövlət Neft Fondunun inzibati binası ilə tanışlıq keçirilir

Dövlət Neft Fondunun inzibati binası ilə tanışlıq keçirilir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun inzibati binası ilə tanışlıq keçirilib. SİA-nın məlumatına görə, ilk öncə ARDNF-nin binasında KİV nümayəndələrinin iştirakı ilə otaqlara baxış keçirilib, bina haqqında məlumat verilib. Bildirilib ki, binanın divarlarında xalçaçılıq sənətinin müxtəlif nümunələri öz əksini tapıb. Daha sonra "Azərbaycan Respublikası Dövlət Neft Fondu: Vəsaitlərin idarə edilməsi prosesi və investisiyalar mövzusunda seminar keçilib. Seminarda Risklərin idarə edilməsi departamenti və İnvestisiya departamentinin əməkdaşları Dövlət Neft Fondu haqqında məlumat verərək suveren fondlar haqqında danışıblar. Təsnifat, hüquqi baza, idarəetmə anlayışlarına aydınlıq gətirilib. Fondun büdcə proqnozlaşdırma və layihələndirmə departamentinin əməkdaşı isə jurnalistlər qarşısında çıxış edərək Dövlət Neft Fondunun ölkə iqtisadiyyatında yeri və rolu barədə məlumat verib. Seminarda Neft Fondunun gəlir və xərclərinin proqnozlaşdırılması müzakirə olunub.

yap.org.az

Digər xəbərlər