PDF Oxu

İqtisadiyyat

  • 49

Azərbaycanın sığorta bazarı 6,5 faiz artıb

Azərbaycanın sığorta bazarı 6,5 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 378,9 milyon manat sığorta haqqı toplanıb.Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 6,5 faiz çoxdur.10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 140 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz çoxdur.Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-oktyabr aylarında 36,9 manat olub.

AZƏRTAC

Digər xəbərlər