Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26 faizi və yaxud 98,5 milyon manatı həyat sığortasının payına düşüb.Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16 faiz böyüyüb.Həyat sığortasındakı yığımların 58,6 faizi və yaxud 57,7 milyon manatı həyatın yaşam sığortasının, 28,4 faizi və yaxud 28 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,6 faizi və yaxud 11,4 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1 faizi və ya 1 milyon manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,3 faizi və ya 362 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.10 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 35,6 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 25,4 faizini təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 39,5 faiz çoxdur.Həyat sığortası üzrə ödənişlərin 89 faizi və yaxud 31,7 milyon manatı həyatın yaşam sığortasının, 5,5 faizi və yaxud 1,95 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə 5,5 faizi və yaxud 1,95 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin yanvar-oktyabr aylarında bu rəqəm 30,1 manat olub.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...