PDF Oxu

İqtisadiyyat

  • 58

Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının sessiyasında iştirak edir

Dövlət Dəniz Administrasiyası Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının sessiyasında iştirak edir

Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, 1995-ci ildən Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Beynəlxalq Dəniz Təşkilatı Assambleyasının 29-cu sessiyası işə başlayır.Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasından AZƏRTAC-a bildirilib ki, sessiyada Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.Dekabrın 2-nə kimi davam edəcək sessiyada Beynəlxalq Konvensiyaların statusu və təşkilata üzvlük barədə hesabatın və təşkilatın komitələri tərəfindən təqdim edilən hesabatların dinlənilməsi və həmçinin Beynəlxalq Dəniz Təşkilatına yeni baş katibin seçilməsi, şuranın üzvlərinin seçilməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılması nəzərdə tutulub.Sessiya müddətində həmçinin Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin rəhbərləri ilə ikitərəfli görüşləri və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

AZƏRTAC

Digər xəbərlər