2015-ci ildə Azərbaycana 2255 yeni yük vaqonu gətirilib."Azərbaycan Dəmir Yolları" QSC-dən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin mart ayında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Rusiya Federasiyasının F.Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko "Uralvaqonzavod"dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalamışdılar.Həmin müqaviləyə əsasən bu günə kimi 2255 yük vaqonu Azərbaycana gətirilib. Bunun 301-i qapalı, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 450-si çən, 204-ü taxıldaşıyan, 100-ü xopper vaqonudur.Dəmir Yollarının sifariş etdiyi yeni vaqonların ilk qrupu 25 aprel 2015-ci ildə ölkəmizə gətirilib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...