Tovuz Suvarma Sistemləri İdarəsi tərəfindən əkinlərin normal suvarma suyu ilə təmin olunması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.İdarədən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə arx və kanalların su tutumluğunun normal vəziyyətə gətirilməsi üçün cari ilin yanvar-oktyabr aylarında 375 min kubmetr lildən təmizləmə işləri görülüb, 74 hidrotexniki qurğuda və 26 hidrometrik postda cari təmir işləri aparılıb.Bundan əlavə, üçpilləli nasos stansiyasında 5 nasos aqreqatı, 7 elektrik mühərriki, stansiyaya su gətirən kanal və istiqamətləndirici bənd əsaslı təmir olunub.Görülən işlər nəticəsində əkinlərin normal suvarma suyu ilə təminatında heç bir problem yaşanmayacaq.
AZƏRTAC
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...