Noyabrda Ceyhan limanından 2 milyon 306 min 69 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 620 min 19 tonunu Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Bu ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 26 milyon 340 min 24 ton olub.Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən cari il dekabrın 1-nə kimi Ceyhan limanından 288 milyon 279 min 114 ton Azərbaycan nefti dünya bazarına çıxarılıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...