PDF Oxu

İqtisadiyyat

  • 35

Vüqar Bayramlı: “2016 Azərbaycan iqtisadiyyatı üçün asan il olmayacaq” MÜNASİBƏT

Vüqar Bayramlı: “2016 Azərbaycan iqtisadiyyatı üçün asan il olmayacaq” MÜNASİBƏT

"Azərbaycanda böhran meylləri mövcud deyil". Bu fikirləri SİA-ya iqtisadçı ekspert Vüqar Bayramlı Dünya Bankının iqtisadi cəhətdən inkişaf etməkdə olan dövlətlərin, o cümlədən Azərbaycanın növbəti böhranla üzləşə biləcəyi ilə bağlı bəyənatına münasibət bildirərkən deyib.

Dünya Bankının və digər beynəlxalq qurumların Azərbaycanla bağlı verdiyi bədbin proqnozların əsassız olduğunu deyən Vüqar Bayramlının sözlərinə görə, Azərbaycanın makroiqtisadi göstəriciləri və dövlət rezervlərində qeyri-neft sektorunun payını nəzərə alsaq hal-hazırda ölkədə böhran üçün hər hansı səbəb yoxdur: "Dünya birjalarında neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatına təsir göstərir. 2016-cı il Azərbaycan iqtisadiyyatı üçün asan il olmayacaq. Amma bu, Azərbaycan iqtisadiyyatında böhran olacağı anlamına gəlməməlidir. Belə bir təhlükə yoxdur. Neftin qiyməti aşağı olsa belə Azərbaycan iqtisadi artım tempini qoruyub saxlaya biləcək. Gələn il Azərbaycan üçün proqnozlaşdırılan iqtisadi artım göstəricisi MDB ölkələri üzrə orta artım göstəricisindən 6 dəfə çoxdur.Azərbaycan regionda fərqli iqtisadi vəziyyətə və strateji mövqeyə sahib ölkədir. Ölkəmiz digər region ölkələrindən fərqli olaraq böhran təhlükəsi ilə üz-üzə deyil. 2016-cı ildən başlayaraq Azərbaycan iqtisadi inkişafını qeyri-neft sektoru üzərində ciddi şəkildə quracaq".

sia.az

Digər xəbərlər